Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Qobustan Dövlət Tarixi-Bədii qoruğuna ekskursiya etdilər
Tələbələrimiz Qobustan Dövlət Tarixi-Bədii qoruğuna ekskursiya etdilər

Tələbələrimiz Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Qobustan Dövlət Tarixi-Bədii qoruğunda oldular.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev bildirdi ki, Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında qobu və yarğanlara malik geniş coğrafi rayondur.Qobustan ərazisi şimalda Baş Qafqaz silsiləsini, cənub yamacı, qərbdə - Pirsaat çayı, cənubda – Hərəmi və Mişov dağları, şərqdə -Xəzər dənizi və Abşeron yarmadası ilə sərhədlənir. Qoruğ Azərbaycanın paytaxtı Bakı şəhərindən 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçik daş, Cinqirdağ (Yazılı təpə), Sonqar və Şıxqaya dağları zonasını əhatə edir. Hal-hazırda Qobustan Milli tarix-bədii qoruğu açıq səma altında muzey kimi fəaliyyət göstərir. Qobustan qayaüstü rəsmləri təkcə azərbaycan alimlərinin deyil, eləcə də dünya əhəmiyyətli alimlərin diqqətini cəlb edir. Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qobustanın dünya miqyasında tanınması, Qobustan Milli tarix-bədii qoruğu abidələrinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində müəyyən işlər aparılmış və bir çox beynəlxalq təşkilatlarla əlaqələr yaradılmışdır. Bütün görülən məqsədyönlü işlərin nəticəsində bu dünya əhəmiyyətli abidə 2007-ci ilin iyun ayında Yeni Zellandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun növbəti sessiyasında Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
Qobustan qoruğunda 1000 qaya üzərində 6000-dən artıq qayaüstü təsvir aşkar olunmuş, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınmış, 105000 maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilmişdir.
Son zamanlar qoruğa olan maraq beynəlxalq elmi ictimaiyyət tərəfindən daha da artmış, eyni zamanda gələn turistlərin sayı xeyli artmışdır.
Tələbələrimiz Qobustan abidəsinin tarixi ilə yaxından tanış olmuş, buradakı qayaüstü rəsmlər, yaşayış məskənləri, həmçinin təbiəti haqqında maraqlı məlumatlar əldə etdikdən sonra xoş təəssüratları yaddaşlarda əbədi həkk etmək üçün xatirə şəkilləri çəkdirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az