Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Riyaziyyat fakültəsində “Heydər Əliyev –100 il” adlı tədbir keçirildi
SDU-nun Riyaziyyat fakültəsində “Heydər Əliyev –100 il” adlı tədbir keçirildi
Mayın 8-də Riyaziyyat fakültəsində SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Heydər Əliyev  ̶  100 il” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dosent Xalidə Həsənova açaraq 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsi  Ümummilli Liderimizin əziz xatirəsini böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri olduğunu vurğuladı. Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etməyin bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən məsələ olduğunu qeyd etdi. Təbdirdə tələbələrin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş şeir və mahnılar səsləndirildi. Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təqdimat hər kəsin marağına səbəb oldu. Tədbirdə Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının asistenti, r.f.d. Nigar Qədirli “Heydər Əliyev və Azərbaycan gəncliyi”, fakültənin TGT sədri Fərid Abbaszadə “Heydər Əliyev xarici siyasətinin Azərbaycan modeli”, fakültə TEC sədri Tural Kalbalıyev “Heydər Əliyevin uzaqgörən siyasəti şanlı qələbənin təməlidir” mövzularında çıxışlar etdilər.  
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az