Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İtaliya və Rusiya Federasiyasının Başqırdıstan Respublikası univerisitetlərinin alimləri Sumqayıt Dövlət Universitetində işgüzar səfərdə oldular
İtaliya və Rusiya Federasiyasının Başqırdıstan Respublikası univerisitetlərinin alimləri Sumqayıt Dövlət Universitetində işgüzar səfərdə oldular
10-12 may 2023-cü il tarixlərində İtaliyanın Trento Universitetinin (İTU) İqtisadiyyat və idarəetmə fakültəsinin professoru İtalo Trevisan, Rusiya Federasiyasının Ufa Elm və Texnologiyalar Universitetinin (UEvəTU) Robototexnika və informatika fakültəsinin dekanı professor Diana Baqdanova və Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) Texnoloji proseslərin avtomatlaşdırılması kafedasının müdiri professor Muravyova Yelena Aleksandrovna Sumqayıt Dövlət Universitetində işgüzar səfərdə oldular.
Səfərin məqsədi universitetlər arasında akademik mobilliyin genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, birgə beynəlxalq elmi konfransların keçirilməsi və digər sahələrdə mümkün əməkdaşlıq imkanları barədə razılığa gəlmək idi.
Qonaqlar Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva tərəfindən qarşılandı və universitetlər barədə qarşılıqlı tanışlıq-məlumat mübadiləsi aparıldı.
Sonra qonaqlar universitetin fakültə, kafedra və elmi-tədqiqat laboratoriyaları, maddi-texniki bazası, yeni yaradılan Yüksək texnologiyalar vadisi və digər sahələrlə tanış oldular, fakültə dekanları və kafedra müdirləri ilə görüşdülər.
İşgüzar səfərin 2-ci günü dəyirmi masa ətrafında qonaqlar və Mühəndislik fakültəsinin Avtomatika və idarəetmə kafedrasının professoru Ələkbərli Fazil, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri texnika elmləri doktoru, professor Aqil Hüseynov, Avtomatika və idarəetmə kafedrasının texnika elmləri doktoru, professor Əli Nağıyev, Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev,  Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov və digər əməkdaşlar təmsil etdikləri universitetlərdə aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdilər və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Qeyd etdilər ki, son illərdə Rusiya-Azərbaycan Universitetləri Assosiyasiyası çərçivəsində SDU və UDNTU arasında müxtəlif sahələr üzrə mütəmadi işgüzar görüşlər keçrilmişdir. Həmçinin UE və TU və İTU ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıldı və əməkdaşlıq müqaviləsi hazırlanaraq universitet rektorları qarşısında təklif irəli sürüldü.
Səfər çərçivəsində SDU-nun rektoru professor Elxan Hüseynov qonaqları qəbul etdi. SDU-nun son illərdə əldə etdiyi nailiyyətlər, qarşıda duran strateji hədəflər və gələcəkdə universitetin beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qonaqların diqqətinə çatdırdı.
Daha sonra qonaqlar rektor professor Elxan Hüseynova səmimi qəbula görə təşəkkür etdilər və SDU haqqında səmimi təəssüratlarını bölüşdülər. Qeyd etdilər ki, belə görüşlərin keçirilməsi dövlətlər arasında dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirir və universitetlər arasında tələbə-müəllim mübadiləsinin inkişafına töhfə verir.
Sonda rektor tərəfindən SDU-nun xatirə hədiyyələri qonaqlara təqdim olundu və xatirə şəkli çəkildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az