Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektorluğunun növbəti iclası keçirildi
SDU-nun rektorluğunun növbəti iclası keçirildi
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələlər barədə məlumat verdi və universitetin elmi-tədris fəaliyyəti üzrə inkişafından danışdı.
Rektor professor Elxan Hüseynov gündəlikdə olan məsələlərin müzakirəsinə başlamazdan öncə Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Bəhruz Əmiraslanovu texnika elmləri fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik etdi, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladı.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı.
2022/23-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının keçirilməsi ilə bağlı hazırlığın vəziyyəti haqqında Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov məlumat verdi. Qeyd etdi ki, 2022 ̶ 2023-cü tədris ilinin yaz semestri başa çatmaq üzrədir. Bununla əlaqədar olaraq, 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının, Yekun Dövlət Attestasiyasının və yaz semestrinin imtahan sessiyasının təşkili haqqında rektorun əmrinə əsasən bakalavriat səviyyəsinin əyani təhsil formasında bütün ixtisaslar üzrə I ̶ IV kurslarda yaz imtahan sessiyasının iyunun 1-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulur. İmtahanlar ənənəvi formada yazılı şəkildə keçiriləcək. Bununla əlaqədar olaraq, yaz semestrində tədris olunan fənlər üzrə imtahan sualları və digər zəruri tədris materialları tələbələrə çatdırılıb, eyni zamanda, imtahan sualları ixtisas kafedralarının məlumat lövhəsində yerləşdirilib. Həmçinin fakültə dekanları tərəfindən kafedralara, tələbələrə imtahanqabağı məsləhət saatlarının keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
TMM-in direktoru Faiq Şirinov onu da vurğuladı ki, tədris planına uyğun olaraq, bakalavriat səviyyəsində buraxılış kurslarında istehsalat və pedaqoji təcrübə bitdikdən sonra mayın 25-dən iyunun 20-dək icmal mühazirələrin keçirilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, icmal mühazirə cədvəllərinin hazırlanmasına başlanılıb. Tədris prosesinin qrafikinə uyğun olaraq, Yekun Dövlət Attestasiyasının imtahanı və buraxılış işinin müdafiəsi iyunun 21-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulur. Dövlət imtahan cədvəlləri də yekunlaşmaq üzrədir. Ümumi orta müvəffəqiyyət göstəricisi 80-dən yuxarı olan tələbələrin buraxılış işini yerinə yetirmələri nəzərdə tutulduğundan, onlara artıq rəhbərlər təyin olunmuşdur. Ötən müddət ərzində tələbələr rəhbərləri ilə görüşmüş və məsləhətlər almışlar. III kollokviumların keçirilməsi ilə bağlı bütün hazırlıq mərhələləri artıq yekunlaşmışdır. Mayın 15-dən 25-dək III kollokviumlar keçiriləcək.
Magistratura səviyyəsi üzrə 2022/23-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının keçirilməsi ilə bağlı hazırlığın vəziyyəti haqqında Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məruzə etdi. Bildirdi ki, 2022/23-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının mütəşəkkil formada keçirilməsi məqsədilə magistratura səviyyəsi üzrə fakültələrdə imtahan cədvəli tərtib edilib və imtahanlar bütün fakültələrdə ənənəvi qaydada universitetin I və II tədris binalarında keçiriləcək.
Yekun Dövlət Attestasiyasına hazırlığın gedişi ilə bağlı çıxış edən Sabir Xəlilov bildirdi ki, universitet üzrə 32 ixtisasın 55 ixtisaslaşması üçün DM-05/6 saylı 27.01.2023-cü il tarixli əmrlə 23 ixtisaslaşdırılmış şuranın tərkibi təsdiq edilmişdir. Tədris prosesinin qrafikinə uyğun olaraq, universitetin magistratura səviyyəsində təhsil alan II kurs əyani magistrantların magistr dissertasiyalarının müdafiəsi iyunun 22-dən iyulun 5-dək müvafiq ixtisaslaşdırılmış şuralarda keçiriləcəkdir.
Aparılan müzakirələrdən sonra 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Faiq Şirinovun və dosent Sabir Xəlilovun məlumatları nəzərə alındı. İmtahanlara ciddi nəzarət olunması, imtahan nəticələrinin gündəlik təhlil edilməsi, tələbələrin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına nəzarət Tədris metodik mərkəzə və fakültə dekanlarına, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması, imtahan qərargahına daxil olan şikayətlərin operativ şəkildə araşdırılması və şəffaflığın təmin olunması Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova və Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinova tapşırıldı.
“Məzun Günü”nün keçirilməsi barədə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış etdi. Qeyd etdi ki, hər il olduğu kimi bu il də “Məzun Günü”nün iyun ayının 30-da universitetin əsas tədris binasının həyətində keçirilməsi planlaşdırılır.
“Məzun Günü”nün keçirilməsi barədə dosent Elmar Xəlilovun məlumatı geniş müzakirə olundu və qərara alındı ki, “Məzun Günü” təqdim olunacaq diplomların hazırlanmasına nəzarət Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova, “Məzun Günü” nə hazırlıq işlərinin vaxtında başa çatdırılmasına nəzarət isə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova həvalə edilsin.
Müstəqillik Gününə hazırlığın vəziyyəti barədə də məlumat verən dosent Elmar Xəlilov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Müstəqillik Günü kimi təntənə ilə qeyd edilir. Bu əlamətdar gün Sumqayıt Dövlət Universitetində də yüksək səviyyədə qeyd olunur. Bu il də “Müstəqillik Günü” ilə bağlı fakültələrdə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az