Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərində Dövlət Bayrağı Günü qeyd olundu
Sumqayıt şəhərində Dövlət Bayrağı Günü qeyd olundu

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ümumşəhər tədbiri keçirildi. Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları və Sumqayıt Dövlət Universitetinin rektoru, Elxan Hüseynov və professor - müəllim heyəti iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində gənc rəssamların Dövlət Bayrağı gününə həsr etdikləri rəsm əsərləri ilə tanış oldular.
Tədbirdə qeyd olundu ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti cənab İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. Çıxışlarda əminliklə vurğulanmışdır ki, zəfər bayrağımız tezliklə Şuşada, Ağdamda, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
Bayram tədbirində respublikanın tanınmış incəsənət xadimlərinin ifasında Vətənimizə, bayrağımıza həsr olunan musiqilər ifa olunmuş, biri-birindən maraqlı şeirlər səsləndirilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az