Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində TEC-in təşkilatçılığı ilə VIII Tələbə Elmi konfransı keçirildi
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində TEC-in təşkilatçılığı ilə VIII Tələbə Elmi konfransı keçirildi
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində TEC - in təşkilatçılığı ilə VIIl Tələbə Elmi konfransı keçirildi.
Konfransda İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti, kafedra müdirləri, fakültənin TEC üzrə elmi rəhbəri dosent Təranə Əhmədova, Universitet üzrə TEC-in sədri Solmaz Bəhramzadə, İİF TEC-in sədri Namiq Nəcəfov və fəal tələbələr iştirak etdilər.
Konfransı giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin TEC üzrə elmi rəhbəri Təranə Əhmədova konfrans iştirakçılarını salamladı və konfransın əhəmiyyətindən bəhs etdi. Konfransın Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunduğunu qeyd edərək fakültədə TEC-nin xətti ilə son bir ildə görülən işlər barədə konfrans iştirakçılarına məlumat verdi və Tələbə Elmi Cəmiyətinin fəaliyyətinə hər zaman dəstək olan universitet rəhbərliyinə təşəkkür etdi.
Plenar iclas işini 4 tələbənin məruzəsi ilə davam etdirdi. Məruzələr ətrafında maraqlı müzakirələr aparıldı.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva konfransda çıxış edən tələbələrin hazırlıq səviyyələrini çox yüksək qiymətləndirdi, onların elmi rəhbərlərinə təşəkkür etdi. Elmi cəmiyyətlərin tələbələri eyni maraq ətrafında birləşdirdiyini söyləyən dekan TEC-in universitetin və tələbələrin həyatında mühüm rol oynadığını vurğuladı. O, dünya təcrübəsində TEC-lərin universitetlərdə fəaliyyət göstərən mühüm bir qurum kimi dəyərləndirildiyini qeyd etdi və SDU TEC-in də işini yüksək qiymətləndirdi. Konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, tələbələrə uğurlar arzuladı. Dekan onu da qeyd etdi ki, ötən il olduğu kimi, bu ildə Universitet Tələbə Elmi Konfransı üçün seçiləcək tələbələr tam şəffaf şəkildə, səsvermə yolu ilə müəyyən ediləcək.
Daha sonra çıxış edən SDU TEC-in sədri Solmaz Bəhramzadə konfransın yüksək səviyyədə təşkil olunmasına görə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayevaya, fakültə TEC-in rəhbəri Təranə Əhmədovaya öz təşəkkürünü bildirdi.
Sonda isə konfransda çıxış edən tələbələrdən Soltan Soltanov səsvermə yolu ilə Universitet TEC konfransında fakültəni təmsil etmək üçün seçildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az