Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Enactus komandasının “Gocraft” layihəsi barədə infosessiya keçirildi
SDU Enactus komandasının “Gocraft” layihəsi barədə infosessiya keçirildi
Mayın 18-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə SDU Enactus komandasının “Gocraft” layihəsi haqqında müəllim və tələbə heyəti üçün infosessiya keçirildi. Tədbiri giriş sözü ilə SDU TEC-in elmi rəhbəri Lalə Bunyatova açaraq iştirakçıları salamladı və layihənin əhəmiyyətindən danışdı, universitetimizdə beynəlxalq yarış, startap və lahiyələrdə əldə olunan nailiyyətlərdən və bu formatda keçirilən görüşlərin yeni inkişaf istiqamətlərindən bəhs etdi. Lalə Bunyatova onu da qeyd etdi ki, belə startap tipli yarış və layihələrə tələbələrin cəlb olunmasında universitetimizin böyük əməyi vardır. Çünki burada təhsil alan tələbələrlə təcrübəli professor-müəllim heyəti məşğul olur, mütəmadi olaraq tanınmış alimlər tələbələrimizlə görüşür, elmi fikir mübadiləsi aparılır. Bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır.
Sonra SDU Enactus komandasının kapitanı Şəfa İsayeva çıxış etdi. O, SDU Enactus komandasının uğurları, eyni zamanda gələn aylarda keçiriləcək beynəlxalq yarışda təqdim edəcəkləri layihə barədə müəyyən qədər məlumat verdi. Komandanın digər üzvləri də mərhələli şəkildə çıxış edərək layihə ilə bağlı fikirlərini TEC üzvü olan tələbələrə çatdırdılar. Görüşdə fakültə TEC rəhbərləri və komanda məsləhətçiləri iştirak etdilər. Komanda tərəfindən təqdim olunan layihə barədə öz fikirlərini bölüşdülər, təklif və iradlarını bildirdilər.
Görüş tələbələrin sual-cavabları ilə sonlandı. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az