Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” adlı tədbir keçirildi
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” adlı tədbir keçirildi
Mayın 19-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” adlı tədbir keçirildi.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə fakültənin dekanı professor Adil Baxşəliyev açaraq, 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, ölkəmizin qazandığı diplomatik qələbələrdən, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bəhs etdi. 2022-ci ilin ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edilməsinin hər kəsdə böyük qürur və fəxarət hissi yaratdığını bildirdi. Qeyd etdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycanın daim qorunub-saxlanılması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir.
Sonra kafedranın dosenti Zoya Abdullayeva“Şuşa şəhərinin sosial-iqtisadi inkişaf istiqamətləri” mövzusunda çıxış etdi. Bildirdi ki, 2023-cü ildə Şuşanın Türk dünyasının mədəniyyət mərkəzi kimi elan edilməsi bu istiqamətdə daha genişmiqyaslı tədbirlərin görülməsinə və layihələrin həyata keçirilməsinə əlavə imkanlar formalaşdırıb. Şuşa şəhərinin dirçəldilməsi və sürətli inkişafı ümumilikdə regionun inkişafına müsbət təsir göstərəcək.
Tədbirdə kafedranın müəllimi Əfşan Babaşova “Şuşa şəhərinin inkişafında turizmin rolu” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, hal-hazırda Şuşa şəhəri Azərbaycan Respublikasının yeni iqtisadi-coğrafi rayonlaşdırılma bölgüsündə Qarabağ iqtisadi-coğrafi rayonu ərazisində təşəkkül tapır.İşğaldan azad edilmiş Şuşa şəhərinin kurort-rekreasiya potensialı, tarixi mədəniyyət abidələrinin zənginliyi, gözəl təbii-meşə landşaftları, müalicəvi suları, təmiz dağ havası, dağlıq və düzən relyefi turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün xeyli imkanlar açır.
Sonra fakültənin 838 saylı qrup tələbəsi İmran Şəkiyev “Şuşanın fiziki-coğrafi mövqeyi” və 842 saylı qrup tələbəsi Jalə Babazadə “Şuşa-tarixi qələbənin zirvəsi” mövzusunda məruzələrlə çıxış etdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az