Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Tələbə şəxsiyyətinin formalaşmasında sosial-psixoloji amillərin rolu” mövzusunda tədbir keçirildi
SDU-da “Tələbə şəxsiyyətinin formalaşmasında sosial-psixoloji amillərin rolu” mövzusunda tədbir keçirildi
Mayın 19-da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrası və Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə “Tələbə şəxsiyyətinin formalaşmasında sosial-psixoloji amillərin rolu” mövzusunda növbəti tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra tədbiri giriş sözü ilə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova açaraq tədbir iştirakçılarını salamladı və tədbirin məzmun və mahiyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərindən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir dövrdə şəxsiyyət, onun formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə, şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülmüşdür.
Dosent Xalidə Həsənova onu da vurğuladı ki, tələbə şəxsiyyətini sosial – psixoloji aspektdən təhlil edərkən sosial status anlayışının təhlilinə önəm verilir. Sosial status insanın cəmiyyətdə, konkret kollektivdə rolunu və mövqeyini əks etdirir. Məhz sosial – psixoloji amilləri təhlil edərək şəxsiyyətin inkişafına təsirini araşdırmaq mümkündür. Elə bu tədbiri təşkil etməkdə də məqsədimiz tələbə gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillərin rolunu psixoloqlarımızın köməyi ilə daha geniş şəkildə tələbələrimizin diqqətinə çatdırmaqdır.
Dekan çıxışının sonunda tədbirin təşkil olunmasında zəhməti olan hər iki fakültənin əməkdaşlarına öz təşəkkürünü bildirdi.
Sonra Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının əməkdaşları dosent Sevər Mirzəyeva “Tələbə və psixi sağlamlıq”, dosent Şahnaz Quliyeva “Tələbə gənclərin fərdi psixoloji xüsusiyyətlərinin formalaşmasına təsir edən amillər”, dosent Şəlalə Adıgözəlova “Tələbələrin cəmiyyətdə sosial adaptasiyasında ailənin rolu” mövzularında təqdimatlarla çıxış etdilər və tələbələr arasında psixoloji testlər keçirdilər. Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı və tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Daha sonra Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək qeyd etdi ki, dəyərlər insanların şəxsiyyətini xarakterizə etməklə, onlardakı davranış tərzini, hisslərini və təfəkkürünü formalaşdırıb idarə edirlər. İnsan dəyərlərin köməyi ilə özünün və başqalarının davranışına qiymət verir, fikirlərini əsaslandıra bilir və hərəkətlərini tənzimləyir. Müasir psixologiya üçün aktual olan dəyərlər və onların tələbə şəxsiyyətinin formalaşmasına təsiri çoxcəhətli və kompleks bir məsələdir. Bu məsələnin araşdırılması tələbə gənclərin ailədə və sosial mühitdə özlərinin fərdi, intellektual və terminal dəyərlərini müqayisə etməsinə, xüsusilə özlərinin rəftar və davranışlarını tənzimləməyə kömək edir.
Dosent Aytəkin Məmmədova onu da qeyd etdi ki, dəyərlərin təşəkkülü həm də şəxsiyyətin psixoloji statusunun göstəricilərindən biri olub onun formalaşmasını şərtləndirir. Tələbəlik həyatı da məhz gənclik illərinə təsadüf edir. Gənclərin emosional cəhətdən aktivləşdirilməsi mürəkkəb bir problemin-gənclərin mənəvi inkişafının ayrılmaz tərkib hisəsidir. Bu eyni zamanda tələbə gənclərin dəyərlər sisteminin formalaşmasında da önəmli əhəmiyyətə malikdir. Təbii ki, gənclər özlərinin təbiəti etibari ilə cəmiyyətin ictimai strukturunda mühüm yer tutur. İndiki dövrdə cəmiyyətin ictimai həyatında aparıcı qüvvə olan gənclərdə mənəvi dəyərlər sisteminin müsbət istiqamətə yönəldilməsi zəruri tələbə çevrilir. Çıxışının sonunda o, tələbələrə dəstək məqsədi ilə universitetdə rektor professor Elxan Hüseynovun göstərişi ilə Psixoloji Xidmət Mərkəzinin yaradıldığını və bu mərkəzin tələbələrə hər cür dəstək göstərməyə hazır olduğunu vurğuladı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az