Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun pedaqoji təcrübədə olan tələbələri 39 saylı körpələr evi uşaq bağçasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirdi
SDU-nun pedaqoji təcrübədə olan tələbələri 39 saylı körpələr evi uşaq bağçasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirdi
Mayın 24-də Sumqayıt şəhər Abdulla Şaiq adına 39 saylı Körpələr evi ̶ uşaq bağçasında SDU-nun Filologiya fakültəsinin 4-cü kurs, 928-ci qrup tələbələrinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş pedaqoji təcrübənin yekununa dair tədbir keçirildi. Tədbirdə SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Təlim-tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, pedaqoji təcrübə rəhbəri Aygün Səttarova da iştirak edirdi.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tələbələr: Fərhadlı Nəzrin və Jalə İsmayılovanın aparıcı kimi çıxış etdiyi tədbirdə uşaqların təqdimatında Ümummilli Lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa edildi, 44 Günlük Vətən müharibəsi bağlı səhnəcik nümayiş olundu.
Sonra SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək müəllimlərin, tələbələrin, uşaqların əməyini yüksək qiymətləndirərək uşaqların vətənpərvər ruhda təlim-tərbiyə edilməsindən böyük sevinc hissi duyduğunu bildirdi.  
Tədbirin sonunda 39 saylı Körpələr ̶ evi uşaq bağçasının müdiri Esmira Musayeva çıxış edərək təcrübəçi tələbələrin çalışqanlığından, işlərinə məsuliyyətlə yanaşmağından danışdı. Belə gözəl bir tədbir təşkil etdiklərinə görə tələbələrə və gələn qonaqlara öz dərin təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az