Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə TVİNNİNQ layihəsinin təqdimatı keçirildi
Universitetimizdə TVİNNİNQ layihəsinin təqdimatı keçirildi

Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan, Finlandiya və Estoniya arasında  həyata keçiriləcək TVİNNİNQ layihəsinin təqdimatı keçirildi.
Tədbiri universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov giriş sözü ilə açaraq iştirakçıları salamladı və layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Bolonya prosesinə 2005-ci ildən qoşularaq Avropa ali təhsil məkanının bir sıra vəzifələrinin yerinə yetirilməsində nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərin davamı olaraq Avropa İttifaqının dəstəyi ilə TVİNNİNQ layihəsi hazırlanmışdır. Layihənin ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Prorektor onuda vurğuladı ki, TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata  keçirir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquqi Ekspertiza və Lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi Əfqan Abdullayev qeyd etdi ki, TVINNIQ genişlənmiş Avropa İttifaqına hazırlıq çərçivəsində  Avropa Komissiyasının bir təşəbbüsdür. Bu işə 1998-ci ildə başlanmışdır. Bu layihə, Aİ-na namizəd olan ölkələrin inzibati və hüquqi imkanlarının gələcəkdə Avropa İttifaqı Üzv Ölkələri qismində çıxış etmək üçün öz ölkələrinin inzibati və hüquqi imkanlarının gücləndirilməsinə köməklik göstərmək məqsədi ilə yaradılmış bir alətdir. Bu alət, bütün namizəd ölkələr üçün vacib bir alət qismində çıxış edir və Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, keçmiş Yuqoslav Respublikası Makedoniya, İslandiya, Monteneqro, Serbiya və Türkiyə kimi namizəd ölkələr də bu alətdən bəhrələnirlər. Ölkəmizdə artıq bir çox  ali təhsil müəssisələrində keyfiyyətin təmin olunması üzrə müvafiq qurumlar yaradılmış və Milli kvalifikasiyalar çərçivəsi təsdiq olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabibinetinə təqdim edilmişdir.
Universitetin prorektoları, dekanlar və struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin və Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyinin ekspertləri-rezident Tvinninq Müşaviri (Tvinninq Layihəsi üzrə) Reijo Aholainen, rezident Tvinninq Müşavirinin assistenti Səltənənt Məmmədova, Finlandiyalı ekspert Kati İsoaho və Estoniyalı ekspert  Tiia Bach çıxışlarında TVİNNİNQ layihəsi Azərbaycanda Bolonya prosesinə uyğun olaraq islahatlar çərçivəsində həyata keçirilən təlim-tədris sistemini, həmçinin ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsini, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq, eyni zamanda getdikcə artmaqda olan beynəlxalq əməkdaşlığı əhatə etdiyi qeyd olundu və bildirildi ki, layihənin müddəti 2017-ci il avqust ayınadək davam edəcəkdir. Layihə haqqında ətraflı fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az