Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş VI debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
SDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş VI debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
Mayın 27-də SDU Tələbə Gənclər Təşkilatı Debat klubunun təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ölkələrin iqtisadi inkişafında insan kapitalı təbii sərvətlərdən daha önəmlidir” mövzusunda VI debat-natiqlik turnirinin final mərhələsi keçirildi.
Mərasimi SDU-nun Debat klubunun sədri Anar Qurbanov açaraq iştirakçıları salamladı və “Ölkələrin iqtisadi inkişafında insan kapitalı təbii sərvətlərdən daha önəmlidir” mövzusunda debat-natiqlik turniri haqqında ətraflı məlumat verdi, proqramın məqsədindən və proqram çərçivəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Debat forumuna 14 komanda qatılmışdır. 20-21 may tarixlərində keçirilən Forumda Kimya və biologiya fakültəsinin “Texniki qalibiyyət” və Riyaziyyat fakültəsinin “Eros” komandaları finala vəsiqə qazandı.
Finalda “Texniki qalibiyyət” və “Eros” komandalarının yarışına start verildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda “Texniki Qalibiyyət” komandası VI debat-natiqlik turnirinin qalibi oldu.
Qaliblərin mükafatlandırılması mərasimində SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı, qalib komandanı təbrik etdi. Debat klubunun fəaliyyətini yüksək qiymətləndirərək, debatların gənclərin inkişafında müstəsna rolundan, ölkədə aparılan gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradır. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Bu gün gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara isə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az