Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İnklüziv Təhsil Mərkəzində görüş keçirildi
SDU-nun İnklüziv Təhsil Mərkəzində görüş keçirildi
İyunun 1-də Sumqayıt Dövlət Universitetinin İnklüziv Təhsil Mərkəzində sağlamlıq imkanları məhdud olan tələbələr üçün növbəti görüş keçirildi.
Tədbiri İnklüziv Təhsil Mərkəzinin rəhbəri dosent Aytəkin Məmmədova açaraq iştirakçıları salamladı və görüşün əhəmiyyətindən bəhs etdi. Sağlamlıq imkanları məhdud olan tələbələrlə görüş zamanı tələbələrin uğurla təhsil almaları üçün onlara məsləhətlər verdi. UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyətdən söhbət açdı, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, bugün, ümumiyyətlə, təhsildən, gənc nəsildən, uşaqlarımızdan danışırıqsa, demək ki, ölkəmizin gələcəyindən danışırıq. Çünki Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər. Bu gün ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər misilsizdir. Belə ki, Prezident cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018 – 2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası buna əyani sübutdur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şərait yaradılıb və xüsusi mərkəz təşkil olunub.
Dosent Aytəkin Məmmədova sağlamlıq imkanları məhdud olan tələbələrlə görüş zamanı tələbələrin uğurla təhsil almaları üçün həmişə onların yanında olduqlarını xatırlatdı və imtahanqabağı baş tutan görüşün ancaq tələbələr üçün deyil, mərkəzin əməkdaşları üçün də faydalı olacağını diqqətə çatdırdı.
Daha sonra sağlamlıq imkanları məhdud olan tələbələrin sualları cavablandırıldı.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti fiziki imkanları məhdud olan tələbələr üçün inkişaf imkanları və şəraiti təmin etməyi və həmçinin onların təhsilə inteqrasiyasını fəaliyyətinin vacib istiqaməti hesab edir, bu sahədə işlərin ardıcıl olaraq davam etdirilməsi üçün səylərini əsirgəmir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az