Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kompaniyası çərçivəsində aksiya keçirildi
Universitetimizdə “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kompaniyası çərçivəsində aksiya keçirildi

Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı “Avropa İİV-ə testləşmə həftəliyi çərçivəsində”  maarifləndirici aksiya keçiridi. 
Tədbirdə  universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov  bildirdi ki, universitetimizdə hər zaman gənclərin sağlam gələcək naminə birləşməsi və onların sağlam həyatda yaşaması üçün lazımi şərait yaradılır. Belə tədbirlərin keçirilməsində əsas məqsəd bu ağrılı problemin bir daha tələbələin diqqətinə çatdırılması, HİV/AİDS-ə yoluxma və bu virusdan qorunmanın yolları, qarşısının alınması üçün preventiv tədbirlər və müalicə barədə məlumatlandırılmasıdır.
Sonra  İİV-əyə görə müayinə olunmaq istəyən tələbələrin testlə müayinəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi, Epidomologiya həkimi Dilşad Mahmudova və Sumqayıt Regional QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriya şöbə müdiri Şəbnəm Mələkzadə  tərəfindən aparıldı.
Tədbirin sonunda iştirakçıların AİDS və bu xəstəliyə yoluxmuş insanların hüquqları ilə bağlı sualları ətraflı cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az