Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi yerli şirkətlərin tanıtım sərgisində iştirak edib
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi yerli şirkətlərin tanıtım sərgisində iştirak edib
İyunun 8-də SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, kafedranın dosenti Səadət Hümbətəliyeva və fakültənin  bir qrup tələbəsi “Heydər Əliyev İli” çərçivəsində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda təşkil edilmiş,150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin təqdim olunduğu sərgidə iştirak etdi.
Sərginin keçirilməsinin əsas məqsədləri Ümummilli Liderin Azərbaycanda sahibkarlığın bərpası və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də yerli şirkətlərin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi ilə yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgiyə baxış zamanı müəllim və tələbələr əmək bazarının müasir vəziyyəti və sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti ilə yaxından tanış olmaq üçün istehsalçı müəssisələrin nümayəndələri ilə səmərəli müzakirələr apardılar.
Qeyd edək ki, sərgi iyunun 10-dək davam edəcək.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az