Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əmək yarmarkası keçirildi
Əmək yarmarkası keçirildi

Noyabrın 27-də Universitetimizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ənənəvi olaraq  tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə  əmək yarmarkası keçirildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramına əsasən  Azərbaycan Respublikasında o cümlədən Sumqayıt şəhərində məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri -  məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir. Bu baxımından da respublikamızda mütəmadi olaraq “Əmək yarmakaları” təşkil olunur.
Universitetin rektoru, professor Elxan Hüseynov müsahibəsində bildirdi ki, məzun tələbələrimizin işlə təmin olunması üçün belə yarmakaların təşkili vacibdir. Gənclərin əmək bazarına inteqrasiyası baxımından universitetimizdə Karyera Mərkəzi yaradılmışdır.Əminəm ki, belə yarmarkalar tez-tez təşkil olunacaq, məzun tələbələrimiz də ixtisaslarına uyğun  işlə təmin olunacaqlar.
Tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən əmək yarmarkasında 33 müəssisə - “AZƏRİKİMYA İSTEHSALAT BİRLİYİ”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan” Tekstil Parkı MMC, “Nursoft”MMC, “Delta GRUP” MMC, “Sumqayıt Sənaye İstehsal” ASC, “İntertextile” ASC, “Bilik” Nəşriyyat Poliqrafiya Mərkəzi, “Turan” Ailəvi İstirahət Mərkəzi, “Təmizlik Departamenti” MMC, Sumqayıt şəhər Səhiyyə şöbəsi, “Avey Az” tədris mərkəzi, “Sumqayıt Elektrik Stansiyası” MMC, “Neftqazavtomat”EİB, “RİYAD” Mühafizə Xidməti, “El-plastik” MMC, “BASF Kaspian Yapı Kimyasalları Sanayi”MMC, “QƏLB” klinikası, “Aztermizol”ASC, “Rezervuar və Metalkonstruksya”, Sumqayıt şəhər “Lift-Servis” Birliyi, “Proqress” təhsil mərkəzi, “Qartal” Tikinti firması, Kağız və karton istehsalı kombinatı” MMC, “FinPlast” MMC, “Samuray” firması, “AQS Dental Center”, “Polimer materiaalları” İnstitutu, H.Z.Tağıyev adına su kəməri idarəsi, “Arxitektura və Dizayn” MMC və digər iri şirkətlər iştirak edirdi.
Əmək yarmarkasında 9-u dövlət, 24-i qeyri dövlət olmaqla 423 vakant iş yeri təqdim olunmuşdur. Təqdim olunmuş iş yerlərindən 176-sı fəhlə, 110-nu qulluqçu, 134-ü isə xidmət sahələrinə aiddir. 2000-ə yaxın işsiz və işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkada 65 nəfər işaxtaran vətəndaşa göndəriş verilmişdir. Bundan əlavə 22 nəfərə peşə hazırlığı kurslarına və 11 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.
Yarmarkanın işində Dövlət Məşğulluq Xidmətinin, Sumqayıt şəhər İcra Hakimiyyəti və Bələdiyyəsinin nümayəndələri, digər idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az