Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 1 dekabr – Ümumdünya QİÇS-lə bağlı mübarizə günüdür
1 dekabr – Ümumdünya QİÇS-lə bağlı mübarizə günüdür

Dekabrın 1-də Universitetimizin və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr edilmiş maarifləndirici tədbir keçirildi.
Tədbirdə universitetin  Humanitar Məsələlər üzrə  prorektoru, dosent  Nizami Namazov çıxış edərək bildirdi ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Prorektor qeyd etdi ki, Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir. Azərbaycanda da bu problem aktualdır və daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Dosent Nizami Namazov çıxışında QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olduğunu və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan narkotik vasitələrin istifadəçiləri və zərərli vərdişlərə aludə olanlar  arasında yayıldığını qeyd etdi.
Zoologiya və insan fiziologiyası kafedrasının dosenti Xanəhməd Həsənov AİDS-in yaranmasından, onun yayılması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından xəbər vermək, ümumiyyətlə dünyada bu virusun nece yayıldığı haqda ətraflı məlumat verdi.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə Kimya və biologiya fakültəsinin IV kurs tələbələri Aygün Qənbərzadə və Nərmin Ramazanzadə “1 dekabr-Dünya QİÇS ilə Mübarizə Günü” münasibətilə çəkilmiş videoçarx vasitəsilə insan həyatı üçün son dərəcə təhlükəli olan QİÇS-in yaranma səbəblərindən, eləcə də ondan qorunma yollarından bəhs etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az