Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib
Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib
Yerli ali təhsil müəssisələri və özəl sektorlar üçün Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə təlim təşkil olunub. Bu istiqamət üzrə sentyabrın 26-27 tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” proqramı üzrə “Proposal Writing Camp” layihə təkliflərinin yazılmasına dair ikigünlük təlim keçirilib. Üç təqdimatı (Cluster 1, 4, 5) ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları barədə yerli ATM-lər və alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək idi. Təlim düşərgəsi Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Avropa İttifaqı tərəfindən dəstəklənən təlim Avstriyadan olan ekspert Qorazd Veis və italiyalı ekspert Bruno Mourenza tərəfindən aparılıb. Təlimə AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.
Təlimdə dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 mütəxəssis iştirak edib. AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bu müddətdə bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, bu tədbirlərdən biri olan hazırkı təlimin “Horizon Avropa” proqramı haqqında daha dolğun məlumat əldə etməyə geniş imkanlar açdığını diqqətə çatdırıb və ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib. Təlimdə “Horizon Avropa” proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə meyarları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib. Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup işləri icra olunub. Sonda təlimdə iştirak etmiş 30 nəfərə sertifikat verilib. Sumqayıt Dövlət Universitetinin Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova da bu təlimdə iştirak edib və sertifikat əldə edib.
Qeyd edək ki, “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə tanıtım (INFODAY) təlimi yaxında Sumqayıt Dövlət Universitetində də təşkil olunacaq.
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az