Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Yaradıcı Sənayelər Qovşağı” tədris və inkubasiya mərkəzinə dair infosessiya təşkil olundu
SDU-da “Yaradıcı Sənayelər Qovşağı” tədris və inkubasiya mərkəzinə dair infosessiya təşkil olundu
Oktyabrın 6-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “Animatorların inkişaf proqramı” və “Komediya və performans məktəbi” adlı təlimlərin infosessiyaları təşkil olundu.
Əvvəlcə SDU-nun rektoru Rüfət Əzizov qonaqları qəbul etdi, onlarla gələcək əməkdaşlıq barədə fikir mübadiləsi apardı, daha sonra isə Universitetinin Kiçik Akt zalında tədbir davam etdi.
İnfosessiyada açılış nitqi ilə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qonaqları salamladı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlayan “Yaradıcı Sənayelər Qovşağı” tədris və inkubasiya mərkəzinin universitet tələbələrinin digər istedadlarının üzə çıxarılacağına, onların hətta peşəkar səviyyədə özlərini təqdim etmək şansı qazanacaqlarına inandığını qeyd edən prorektor tərəflərə qarşılıqlı fəaliyyətdə uğurlar arzuladı.   
Bu tədris və inkubasiya mərkəzinin mədəniyyət və yaradıcı sənayelərlə məşğul olan təşkilatlara kommersiyalaşma istiqamətində xidmətlər və yaradıcı sahə ilə maraqlanan şəxslər üçün təhsil proqramları təqdim etdiyini bildirən Mərkəzin direktoru Teymur Kərimzadə gələcək hədəflər barədə məlumat verdi: “Mərkəzdə yeni layihələrin kommersiyalaşdırılmasına məhsulların, o cümlədən bizneslərin formalaşdırılmasına böyüməsinə və xarici bazarlara çıxış əldə etməsinə yönələn xidmətlər cəmləşir”.
Mərkəzdə təşkil olunan kursların 12 həftəlik müddətdə nəzərdə tutulduğunu, oktyabr ayından arzu edənlərin müraciət edə biləcəyini qeyd edən direktor SDU tələbələrinin ödənişsiz əsaslarla iştirak edə biləcəyini qeyd etdi. 
Mərkəzin bədii rəhbəri Ələkbər Əliyev 2023-cü ilin sonunadək mərkəzdə mədəniyyət sahəsində startap (“CulTech”) oyun texnologiyaları sənayesi (“GameTech”) və musiqi sənayesi üzrə biznes inkubasiya proqramları, milli qrafik dizayn kursları, musiqi sənayesi məktəbi, komediya məktəbi animatorlar və prodüserlərin akselerasiyası proqramlarının həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd edərək başlıca hədəfləri barədə danışdı: “Başlıca hədəfimiz SDU-nun və digər ali təhsil məktəblərinin      bugünkü və gələcək tələbələrində hərtərəfli şəxsiyyət üçün vacib olan keyfiyyətləri, o cümlədən yumor hissini cilalamaqdır”.
Animator və akselerasiya kursu üzrə mentor Firəngiz Bağırova Mərkəzdə təqdim olunan kurslarda hərəkətsiz obyektləri rəqəmsal dünyada hərəkətə gətirmə sənəti- animasiya sənətinə yiyələnməyin mükünlüyünü qeyd etdi.
Mərkəz əməkdaşları infosessiya iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Tədbirin sonunda Mərkəz əməkdaşlarının hazırladıqları treylerlər nümayiş olundu. 
Qeyd edək ki, təlimlər Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində keçiriləcək. Ən uğurlu iştirakçıların işlə təmin olunması və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulub.  
Təlimlərə qeydiyyat davam edir:  edu.creative.az
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az