Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Biz rusca danışırıq “ klubu ilk görüşünü keçirdi
“Biz rusca danışırıq “ klubu ilk görüşünü keçirdi

“Biz rusca danışırıq “ klubu noyabrın 26-da öz işinə başladı. Görüşdə Xarici dillər kafedrasının müdiri, professor Nigar İskəndərova rus dilində danışıq bacarığını təkmilləşdirmək məqsədilə tələbələr arasında belə görüşlərin daimi  keçirilməsinin vacibliyini vurğuladı.
İlk iclas kafedranın baş müəllimi Əminə Musayeva tərəfindən aparıldı. Bütün fakültələrin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Əminə Musayeva rus dilinin öyrənilməsinin əhəmiyyətindən danışdı. Ümummilli lider Heydər Əliyevin məşhur “Mən istəyirəm ki, bizim gənclər Nizamini Azərbaycan dilində, Şekspiri ingilis dilində, Puşkini rus dilində oxusunlar” kəlamını səsləndirdi.
Əminə Musayeva qeyd etdi ki, İndiki zamanda rus dilinə göstərilən maraq bilavasitə iqtisadi, siyasi və sosial amillərlə bağlıdır. Müasir mütəxəssis bir neçə dil bilməlidir.Bizim görüşlərimizin motiviasiyası tələbələrin rus dilinə marağını artırmaq, dünyagörüşünü genişləndirmək və onlarda ölkəşünaslıq biliklərin formalaşdırmaqdır.
Sonra görüşün mövzusu elan edildi: “Tanışlıq” mövzusuna aid slayd nümayiş olundu. Salamlaşma və bütövlükdə nitq nəzakəti formaları müzakirə olundu.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin mövzu ilə bağlı hazırladıqları yumoristik səhnə iştirakçıların marağına səbəb oldu.
Siz rusca danışmaq istəyirsinizmi? sualına tələbələrin müsbət cavabı o deməkdir ki, klub məqsədinə nail olmuşdur.
Dosent Sona Məmmədova çıxışında tələbələrin belə canlı ünsiyyət qurmağını, dialoqlarda fəal iştirak etməklərini və öz fikirlərini rusca sərbəst şəkildə ifadə etməklərini sevindirici hal olduğunu vurğuladı.  O, klubun yaradılmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi  və uğurlar arzuladı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az