Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Karyerada ilk addım” təlimi
“Karyerada ilk addım” təlimi

 Dekabrın 2-də gənclərə uğurlu karyera və gələcək naminə dəstək olmaq üçün Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetimizin Karyera mərkəzi və Qafqaz Universitetinin Karyera Planlama mərkəzi ilə birgə “Karyerada ilk addım” adlı seminar təlim keçirildi. 
Universitetimizin TGT-nin sədr müavini Gülnar Əsədova qeyd etdi ki, belə təlimin  keçirilməsində məqsəd iştirakçıların bir sıra sahələrdə, o cümlədən yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif müasir təlim-tədris üsullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiqetmə, elmi tədqiqatlar vasitəsi ilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilik və bacarıqlarını artırmaqdır. 
Karyera mərkəzinin direktoru Zahid Bünyadov tələbələri salamlayaraq, təlimin əhəmiyyətindən bəhs etdi. O,  universitetdə Karyera Mərkəzinin yaradılmasında əsas məqsəd kimi tələbələrə müxtəlif profilli ixtisaslar üzrə təlimlərin keçirilməsi, istehsalat təcrübələrinin və məzun, əmək yarmarkalarının təşkili ilə onları iş həyatına hazırlamaqdan ibarət olduğunu bildirdi. Bu məqsədlə “Karyerada ilk addım” mövzusundakı seminar təlimi çox böyük önəm kəsb edir. Çünki IV kurs tələbə və məzunların iş həyatına qədəm qoyarkən ilk üzləşdikləri problemlər CV-lərin doldurulması və müsahibə mərhələsində qarşılaşdıqları maneələrdir. Belə  tədbirlərin təşkil olunması gələcəkdə əmək bazarına uyğun mütəxəssis kadr formalaşdırmaq bizim böyük amalımızdır.
Zahid Bünyadov çıxışında təlimdə iştirak edən tələbələrə sertifikatın verilməsində göstərilən dəstəyə görə universitetin rektoru, professor Elxan Hüseynova dərin minnətdarlığını bildirdi.
Qafqaz Universitetinin  Karyera Planlama mərkəzinin direktoru İlkin Məcidov bildirdi ki, belə görüşlərin keçirilməsi gənclər arasında böyük marağa səbəb olur. 
70 nəfər tələbənin iştirakı ilə keçirilən təlimdə “İş görüşməsi necə olmalıdı?” mövzusu müzakirə olundu və CV yazmanın qaydaları, müsahibə, könüllülük fəaliyyətinin səmərəliliyi haqqında məlumat verildi və təlimçi iştirakçılar tərəfindən verilən sualları cavablandırdı. 
Sonda iştirakçılara sertifikatlar təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az