Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsində kitab sərgisi təşkil olunub
SDU-nun Filologiya fakültəsində kitab sərgisi təşkil olunub
Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetinin 3-cü tədris binasında Filologiya fakültəsi ilə Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təşkil edilmiş sərgidə fakültənin tələbələri və müəllim kollektivi iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Dünya şöhrətli siyasətçi” başlığı  altında təşkil olunmuş sərgidə onun həyat və fəaliyyətini əks etdirən kitablar nümayiş etdirilib. 150 nüsxədən çox kitab və dövri nəşrlərin nümayiş olunduğu sərgidə eləcə də kitabxananın fonduna yeni daxil olmuş müxtəlif elm sahələrini əhatə edən maraqlı kitablar da yer alıb. Kitabxananın əməkdaşları iştirakçılara sərgidə nümayiş olunan kitablar haqqında ətraflı məlumat verməklə yanaşı onları maraqlandıran sualları cavablandırıblar.                                                                                  
Qeyd edək ki, sərgi iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanıb.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az