Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyətinin ADA Universitetinə təcrübə mübadiləsi səfəri baş tutub
SDU-nun nümayəndə heyətinin ADA Universitetinə təcrübə mübadiləsi səfəri baş tutub
Oktyabrın 25-dən Sumqayıt Dövlət Universitetinin professor-müəllim və inzibati rəhbər heyətdən ibarət qrupun ADA Universitetinə təcrübə mübadiləsi səfəri başlayıb. Bir neçə gün davam edən görüşün məqsədi hər iki universitet arasında ilkin əlaqələrin qurulması, tədrisin məzmunu, ingilis dilinin tədrisi, müəllimlərin peşəkar inkişafı, qiymətləndirmə, imtahan prosesləri, laboratoriyalar, kitabxana, eyni zamanda beynəlxalq əlaqələrin inkişafı, beynəlxalq mübadilə proqramları, qrant layihələri, fəaliyyət planlarının icrası, strateji inkişaf planları və keyfiyyətə nəzarət sistemi haqqında məlumat əldə etməkdir.
Bir neçə gün davam edən təcrübə səfəri zamanı SDU nümayəndə heyəti üzvləri ADA Universitetinin prorektorları, dekanları və funksional şöbələrin müdirləri ilə görüşlər keçirib və dərslərdə müşahidəçi qismində iştirak ediblər.
Səfər çərçivəsində formalaşan əlaqələrin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az