Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU rektoru şəhid ailələrinin Zəfər Gününü təbrik etdi
SDU rektoru şəhid ailələrinin Zəfər Gününü təbrik etdi
Noyabr 7-də Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov şəhid ailələrinin üzvü olan universitet əməkdaşları ilə görüşüb. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə şəhidlik zirvəsinə ucalan qəhərmanların əziz xatirəsi anılıb. Zəfər Günü ərəfəsində keçirilən görüşdə rektor Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Görüşdə rektor şəhid ailələrinin maddi və mənəvi problemləri ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər və təşkil edilmiş görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az