Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetində səfərdədir
SDU-nun nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetində səfərdədir
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov nümayəndə heyəti ilə birlikdə Kazan Dövlət Energetika Universitetinin 55 illik təntənəli yubiley mərasimində iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetinin rektoru Edvard Abdullazyanovla görüşüblər. Görüşdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, o cümlədən tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqatların həyata keçirilməsi, birgə praktik-innovativ laboratoriyaların qurulması, yeni məzmun hazırlığı istiqamətində müxtəlif məsələlər müzakirə olunub, həmçinin 2024-cü il üçün dəqiq birgə fəaliyyət planı hazırlanması barədə qərar qəbul edilib.
Daha sonra nümayəndə heyəti sürücüsüz elektromobillərin və dronların tədqiqi, elektrik və energetika sahəsində bacarlıqların əldə olunması, eləcə də tətbiq edilən qabaqcıl təcrübə və yanaşmalarla bağlı Kazan Dövlət Energetika Universitetinin mühəndislik laboratoriyalarında, innovasiya mərkəzlərində və kafedralarında olaraq orada gedən yeni texnoloji proseslərlə yaxından tanış olublar.
Qeyd edək ki, səfər davam edir.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az