Əsas səhifə | Xəbərlər | Əvəzolunmaz siyasətçi
Əvəzolunmaz siyasətçi

Tarix və coğrafiya fakültəsində TGT-nin təşkilatçılığı ilə ümümmili lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi prezident əvəzolunmaz siyasətçi” mövzusunda tədbir keçirildi. Öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri İbrahim Zeynallı açaraq bildirdi ki, Heydər Əliyev Azərbaycan gəncliyini müdafiə etməklə xalqın gələcəyini təmin etdi. Bu gün ölkəmizdə bütün gənclərin və yeniyetmələrin bir arzusu var – yaxşı təhsil almaq, vətənə layiqli övlad olmaq və xalqımızın gələcəyi üçün əlindən gələni etmək. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin gənc və yeniyetmələrdən əsas tələbi idi. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir.
Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışaraq vurğuladı ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. 
Tarix və coğrafiya fakültəsinin tələbələri Əli Miriyev, İsmayıl Faxtiyev, Lamiyə Alxanlı çıxışlarında Heydər Əliyevin zəngin və çoxəsrlik  Azərbaycan tarixində  dövlət başçısı və Prezident kimi müstəsna yer tutduğunu və onun çoxşaxəli fəaliyyətinin əhəmiyyəti və dəyəri  baxımından ölkəsinin hüdudlarını aşdığını, dünyada gedən qlobal proseslərə öz təsirini göstərdiyini qeyd etdilər Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında,  dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu vurğuladılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az