Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın yekun iclası
Elmi şuranın yekun iclası

Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirildi. İclası şuranın sədri professor Elxan Hüseynov açaraq, şura üzvlərini salamladı.Rektor universitetin son bir ildə əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açdı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi  ilə keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı barədə məlumat verdi və  bildirdi ki, Assosiasiyaya Azərbaycan tərəfdən həmsədr  olmaqla  universitetimiz ən böyük nailiyyətə  imza atmışdır.Universitetimizlə  Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında və bir çox universitetlərlə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Rektor bütövlükdə 2015-ci ilin universitetimiz üçün uğurlu il olduğunu, qarşıdan gələn illər də də, kollektivin gərgin əməyi sayəsində böyük nailiyyətlər əldə ediləcəyini əminliklə söylədi.  2015-ci ildə yerinə yetirilmiş  elmi-tədqiqat işlərinin hesabatı ilə bağlı Elmi hissənin müdiri, dosent Anar Namazov çıxış edərək bildirdi ki, universitetimizdə 2015-ci ildə təbiət və texniki elmlər üzrə 7 istiqamətdə, sosial və humanitar elmləri üzrə 3 istiqamətdə mövzunu əhatə edən elmi-tədqiqat işləri planlaşdırılmış və yerinə yetirilmişdir. 2015-ci ildə Elmi xəbərlər jurnalının həm təbiət və texniki elmlər, həm də sosial və humanitar elmlər üzrə 3 nömrəsi nəşr olunub, 4-cü nömrə isə ilin sonuna bir ay qalmış çapa hazır olduğunu diqqətə çatdırdı. 
Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent İslam Paşayev 656-dan çox tələbənin¬ TEC –in üzvü olduğunu və fakültələr arasında keçirilən  seminarlarda dinlənilmiş 78 elmi məruzədən ibarət nəşr olunmuş “Seminar toplusu”ndan, bu seminarlarda fərqlənən tələbələrin Beynəlxalq konfraslarda iştirakından, habelə 3 nəfər tələbəmizin professor Cavanşir Məmmədovun rəhbərliyi ilə Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi Texniki və riyaziyyat elmləri üzrə Beynəlxalq Gənclər Forumunda iştirak etdiyini və  uğurlu çıxışlarına görə sertifakata layiq görüldüyünü diqqətə çatdırdı. Həmçinin konfransa 22 nəfər  tələbəmizin də elmi məqalələrinin qəbul olunduğunu,   bu konfransın davamı olaraq 2016-cı ildə Humanitar fənlər üzrə Beynəlxalq konfrans  keçiriləcəyini və tələbələrimizin  konfransda iştirak etmək üçün hazırlaşdığını qeyd etdi.
2015/2016-cı ilin payız imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədris Metodiki Mərkəzin  direktoru  İsabal Qurbanov, Fakültə Elmi şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə Doktorantura və  magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynov çıxış edərək gündəliyə dair  hesabat- məlumatları dinlənildi.  
Cari məsələlərin müzakirəsi ilə Elmi şura öz işini yekunlaşdırdı. 

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az