Əsas səhifə | Xəbərlər | İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir

Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmiş bu gün də inkişaf etməkdədir. 
Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmana böyük qayğı göstərir,  ölkədə idman bazası möhkəmlənir, yeni komplekslər və idman zalları tikilir, müxtəlif tədbirlər təşkil olunur. Bunun nəticəsidir ki, son illər idmançılarımız davamlı olaraq ölkəmizə medallar gətirir, qələbələr qazandırır. Gənclərin qələbəsi, onların qazandığı yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Dekabrın 6-da Tofiq Qarayevin şərəfinə həsr olunmuş Atletika üzrə XX Beynəlxalq turniri keçirilmişdir.Yarışda universitetimizin Kimya və biologiya fakültəsinin I kurs tələbəsi İlham İksanov I yerə layiq görülmüşdür. Qeyd edək ki, yarışda 4 ölkə-Türkiyə, Rusiya, Özbəkistan və Azərbaycan idmançıları iştirak etmişlər. İdmançı tələbəmizin nailiyyəti nəinki universitetimizin bütövlükdə xalqımızın qürur mənbəyinə çevrilmişdir.
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. Ümidvarıq ki, bu siyasətin və gənclərimizin qələbələri sayəsində bizi gələcəkdə də, medallar, qələbələr gözləyir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az