Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz bir neçə sənaye müəssisəsində ekskursiyada olublar
Tələbələrimiz bir neçə sənaye müəssisəsində ekskursiyada olublar
Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi cari ilin dekabr ayında Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədovanın bələdçiliyi ilə bir sıra sənaye müəssisələrində ekskursiyada olublar.
SDU-nun SOCAR-la əməkdaşlığı çərçivəsində baş tutan səfər “Azərikimya” istehsalat birliyinə aid Etilen-Polietilen Zavodundan başlayıb. Burada tələbələr təlimin ümumi qaydaları, xüsusi nişanlar, təhlükəli vəziyyət zamanı davranış qaydaları və digər məsələlərlə bağlı təlimatlarla tanış olublar. Daha sonra müəssisənin məsul nümayəndələri tələbələri zavodda gedən ümumi proses və qurğularla təmizlənmə, ayrılma proseslərinin aparıldığı laboratoriyalar, onların iş prinsipi ilə tanış etmiş və statistikaların təşkili kimi mövzularda səmərəli məlumatlar vermişlər. Əsas məqsəd tələbələrin çirkab suların təmizlənmə üsulu, etilen-propilen, butilen-butadien fraksiyasının alınması istiqamətində gedən işlərlə daha yaxından tanışlıq olub.
Dövlət Aqrar Xidmətlər Agentliyinə (DAİM) ekskursiyada isə tələbələrə universitetdə fəaliyyət göstərən ekoklub üzvləri də qoşulublar.
Tələbələrlə ümumi tanışlıq və sorğulardan sonra DAİM heyətindən ayrılan mütəxəssislər laboratoriya şəraiti və burada gedən proseslər barədə ətraflı məlumat vermiş, torpağın ph göstəricisini təyin etmək üsulu üçün istifadə olunan qurğu və standartların hazırlanması, torpağın duzluluğunun təyinatı, toxumların növləri, becərilmə qaydaları, toxumların sayılıb saxlanılması, texniki analiz və kimyəvi analiz qaydalarını izah etmişlər. 
 
Mətbuat xidməti
 
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az