Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru universitetin bütün əməkdaşlarına Yeni il bayramı münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilməsi haqqında əmr imzalayıb
SDU-nun rektoru universitetin bütün əməkdaşlarına Yeni il bayramı münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilməsi haqqında əmr imzalayıb
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovun 21.12.2023-cü il tarixli K-156/3 saylı əmrinə əsasən işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına 200 manat məbləğində pul mükafatı ayrılması haqqında əmr imzalayıb.
Rektor qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2024-cü il Yeni il bayramı münasibətilə kollektivi səmimi qəlbdən təbrik edib, Tarixi Zəfərə imza atan, ölkənin ərazi bütövlüyünü bərpa edən dövlətin inkişafı və qüdrətlənməsi naminə görüləcək işlərdə uğurlar  arzulayıb.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az