Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri “Qış Elm Festivalı”nda uğurlu nəticələr əldə ediblər
SDU-nun tələbələri “Qış Elm Festivalı”nda uğurlu nəticələr əldə ediblər
Dekabrın 26-da Bakı Mühəndislik Universitetində Elm və innovasiya məsələləri üzrə prorektorluğun, Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Pi Klubu”nun təşkilatçılığı ilə “Qış Elm Festivalı” keçirilib.
Festivalda 100-dən artıq müxtəlif istiqamətli əyləncəli və elmi layihələr nümayiş olunub.
Sonra festival qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.
Tədbirdə çıxış edən rektor Yaqub Piriyev festivala universitet və orta məktəblərin müxtəlif komandaları tərəfindən maraqlı layihələrin təqdim olunduğunu vurğulayıb və bu qəbildən olan elmi tədbirlərin önəmindən söz açıb.
BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov (Qüdsi) isə festivala təqdim olunan layihələr və iştirakçılar haqda ətraflı məlumat verib. Qeyd edib ki, festivala BMU ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsili Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti (SDU), Elitar Gimnaziya, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Xırdalan şəhər 2, 5 və 8 nömrəli tam orta məktəblərin şagird və tələbələri qatılıb.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin tələbələrindən İlahə Nəcəfova, Asim Kərimov II yerə, Elmin Qasımlı, Adilə Mustafayeva isə III yerə yerə layiq görülüblər.
Tədbir qaliblərin mükafatlandırılması, sertifikat və medalların təqdim olunması ilə başa çatıb.
Daha sonra Sumqayıt Dövlət Universitetində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov festivalda yer tutmuş tələbələrlə görüşərək qazandıqları uğura görə universitet rəhbərliyi adından təbrik edib. Onlara təhsillərində uğurlar arzulayıb.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az