Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində
SDU tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrimizin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya tələbələrin mədəniyyət, incəsənət sahəsində dünyagörüşünün artırılması məqsədi ilə baş tutub. 
Əvvəlcə Fərəh Ələkbərlinin “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisinə baxış keçirilib. Ekspozisiya performans, videoinstalyasiya və qrafika əsərlərini bir araya gətirir. Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edərək, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır.
Sonra tələbələr Mərkəzin “XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi”ndə Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisində də iştirak ediblər. Burada rəssamın son illər ərzində yaratdığı rəngkarlıq tabloları və bu günə qədər nümayiş olunmayan qrafika əsərləri sərgilənir.
 
Mətbuat xidməti
 

 

 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az