Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin iki əməkdaşı beynəlxalq diplom və sertifikata layiq görülüb
İqtisadiyyat və idarəetmə fakültəsinin iki əməkdaşı beynəlxalq diplom və sertifikata layiq görülüb
Dekabrın 27-də Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşəbbüsü ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsaslanan İCFM-İFRS modulu üzrə beynəlxalq təlimin başa çatması nəticəsində dünyanın 132 ölkəsində tanınan beynəlxalq kvalifikasiyadan uğurla keçən dinləyicilərə beynəlxalq diplom və sertifikatların təqdimolunması mərasimi keçirilib.
İlk olaraq Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının (APFM) idarə heyətinin sədri Nuriyyə Novruzova və proqram təlimçisi Rauf Rzayev İCFM-İFRS modulu üzrə beynəlxalq təlimlərin təşkilinin əhəmiyyətini vurğulayaraq bildirdilər ki, yüksək nəticə göstərən dinləyicilər Azərbaycan Respublikası Dövlət İmtahan Komissiyası tərəfindən keçirilən Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə iki mərhələdən ibarət imtahanların birinci mərhələsindən müddətsiz və tam olaraq azad edilirlər.
Təşkilat komitəsi tərəfindən beynəlxalq təlimi  başa vuraraq yekun imtahanda uğurlu nəticə göstərən Sumqayıt Dövlət Universitetinin iki əməkdaşı-İqtisadiyyat və idarəetmə faküItəsinin Maliyyə və mühasibat uçotu kafedrasının assistenti Gülşən Hüseynzadəyə beynəlxalq diplom, kafedranın böyük laborantı Türkan Seyfullayevaya sertifikat  təqdim edilib.  
Gülşən Hüseynzadə və Türkan Seyfullayeva maliyyə və mühasibat sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əhatə edən beynəlxalq layihələri təşkil etdiklərinə görə APFM rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az