Əsas səhifə | Xəbərlər | Universitetimizdə yeni təyinat
Universitetimizdə yeni təyinat

Dekabın 11-də universitetin rektoru, professor Elxan Hüseynov Mühəndislik fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən dosent Ulduz Ağayevi və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən, dosent Aynurə Yəhyayevanı  dekan olaraq  kollektivə təqdim etdi.
Rektor Elxan Hüseynov qeyd etdi ki, Respublikamızın qabaqcıl ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Sumqayıt Dövlət Universitetində bir çox uğurlu layihələrə imza atılmış, maddi-texniki baza gücləndirilmiş, tədrisin keyfiyyəti yüksəldilmiş, yeni ixtisaslar açılmış bir sözlə nüfuzlu ali məktəblərdən birinə çevrilmişdir.
Təqdimatda yeni təyin olunmuş dekanlar qısa zaman kəsiyində fakültə daxilində gördükləri işlərdən danışdılar, qarşıda duran məsələlərin həlli üçün böyük səylə çalışacaqlarını vurğuladılar. Bildirdilər ki, rəhbərliyin onlara göstərdikləri bu etimadı layiqincə doğruldacaqlar.
Sonra Texnika elmləri namizədi Qurban Sadıx oğlu Abdullayev Mühəndislik fakültəsinin Metrologiya və standartlaşdırma kafedrasına,   İqtisad elmləri üzrə fəlsəfə doktoru Mehman  İmamverdi oğlu Əhmədzadə İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasına, Dosent Loğman İmran oğlu  Abdullayev İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit kafedrasına müdir vəzifəsinə təyin edildilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az