Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ilk dəfə səs verən gənclərlə maarifləndirici görüşlər davam edir
SDU-da ilk dəfə səs verən gənclərlə maarifləndirici görüşlər davam edir
Yanvarın 22-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə növbəti maarifləndirici görüş keçirildi.
Tədbiri giriş sözü ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, Mərkəzi Seçki Komissiyasının nümayəndəsini təqdim etdi və qarşıdan gələn Prezident seçkiləri  ilə bağlı ümumi məlumat verdi. İlk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn Prezident seçkilərində fəal iştiraka dəvət etdi. Səsvermədə ilk dəfə iştirak edəcək gənclərin seçki prosesi haqqında ətraflı məlumatlandırılmasının əhəmiyyətindən söz açan dosent Elmar Xəlilov bildirdi ki, maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin məlumatlandırılması, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Sonra 43 saylı Sumqayıt II seçki dairəsinin sədri  Xəyal Məlikov çıxış edərək  ilk dəfə səsvermə hüququ qazanmış gəncləri seçicinin hüquq və vəzifələri haqqında, seçici siyahılarının yoxlanması, siyahılara daxil edilmə qaydaları, ölkə ərazisində başqa yerdə səsvermə qaydaları haqqında məlumatlandırdı.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az