Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Erasmus+ ENGAGE layihəsinin Bakı görüşündə iştirak ediblər
Əməkdaşlarımız Erasmus+ ENGAGE layihəsinin Bakı görüşündə iştirak ediblər
Yanvarın 22-dən 23-dək Bakı Biznes Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində konfrans keçirilib.
Layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.
Tədbirdə layihənin 11 yerli tərəfdaşı (Mingəçevir Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) və 5 Avropa tərəfdaşı iştirak edirdi.
Konfransda ENGAGE layihəsinin Avropa İttifaqı ölkəsini təmsil edən universitetlərinin - Tallin Texnologiya Universiteti, Estoniya; KTH Royal Texnologiya İnstitutu, İsveç; Lissabon Universiteti, Portuqaliya; Kataloniya Politexnik Universiteti, İspaniya; WSG İqtisadiyyat Universiteti, Polşa nümayəndələri təqdimatla müvafiq mövzularda çıxış etdilər.
Qeyd edək ki, konfransda Sumqayıt Dövlət Universitetini Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova təmsil edirdilər.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az