Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Türkiyədə təqaüdlü təhsil imkanları barədə maarifləndirici görüş
SDU-da Türkiyədə təqaüdlü təhsil imkanları barədə maarifləndirici görüş
Yanvarın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Türkiyədə təqaüdlü təhsil imkanları haqqında tələbələr üçün infosessiya keçirildi.
Tədbiri SDU rektorunun müşaviri, dosent Könül Abaslı açaraq ölkəmizdə gənclərin yüksək səviyyəli təhsil almasının dövlətimizin təhsil siyasətində önəmli yer tutduğunu vurğuladı. Xaricdə təhsil almaq üçün müxtəlif təqaüd proqramlarının mövcudluğunu qeyd edən müşavir ”Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” və qardaş Türkiyə hökumətinin təqdim etdiyi “Türkiye Bursları” proqramı haqqında ətraflı məlumat verdi.
“Türkiye Bursları”nın təqdim etdiyi universitet və fakültə/ixtisasa yerləşdirmə, aylıq təqaüd, universitet xərcləri, tibbi sığorta, qonaqlama, Türk dili kursu və təyyarə biletləri ilə yanaşı pulsuz akademik və mədəni proqram imkanlarına görə dünyanın ən əhatəli təqaüd proqramı olduğunu qeyd edən Könül Abaslı postsovet ölkələri, xüsusən Azərbaycan üçün bu proqramın əhəmiyyətindən bəhs etdi.
Tədbirdə həmçinin Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova təqaüd proqramına müraciət üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müraciət qaydaları və tələb olunan şərtlər barədə əlavə məlumat verdi.
Sonda tələbələri maraqlandıran bəzi məsələlərə aydınlıq gətirildi.
 
Mətbuat xidməti
 
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az