Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Açıq dərs keçirildi
Açıq dərs keçirildi

Riyaziyyat fakültəsində  Kompüter elmləri ixtisası üzrə II kursunda “Alt proqramlardan istifadə etməklə proqramlaşdırma” mövzusunda açıq dərs keçirildi.
Açıq dərsdə universitetin rektoru, professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov,  Riyaziyyat fakültəsinin dekanı, dosent Zəfər Hüseynov  iştirak etdilər.
Dərsi Alqoritmik dillər fənnindən baş müəllim Məlahət Salmanova apararaq fənnin məzmununa uyğun ənənəvi və  fəal təlim metodlarından, proyektor, interaktiv lövhədən istifadə etdi.
Açıq dərsdə iştirak edən rektor bildirdi ki,  Təhsil cəmiyyətin uğur faktorudur. Təhsil xalqın tərəqqisi və yüksəlişinin təməlində intişar tapan əvəzolunmaz və qüdrətli bir amildir. Sabahın hünərli, fərasətli, əqidəli kamil insanlarını formalaşdıran sahədir. Ölkəmizdə təhsil sisteminə çox böyük uğurlu islahatlar  Dövlət Təhsil Strategiyası həyata keçirilir. Təhsilin inkişafından danışarkən bir məqama xüsusi toxunmaq  istərdim ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəllimlərə xüsusi yer ayrılır. Bu da təsadüfi deyil. Çünki hər bir təhsil sisteminin səviyyəsi bu sahədə çalışan müəllimin intellekti ilə bağlıdır. Bu baxımından müəllimlərin bilik və bacarıqlarının artırılması, müəllim nüfuzunun yüksəldilməsi, istedadlı gənclərin pedaqoji sahədə çalışmaq üçün stimullaşdırılması yönümdə Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılır, universitetimiz də bu istiqamətdə böyük uğurlara imza atır.
Rektor  son zamanlar universitetdə görülən işlərdən danışaraq qeyd etdi ki, müasir tələblərə cavab verən auditoriyalar təmir edilərək istifadəyə verilib, ali məktəbin 52 auditoriyasında proyektorlar quraşdırılıb və ağıllı (elektron)  lövhələrlə təchiz edilib. Bunlar həm vaxta qənaətin, həm də tədrisin keyfiyyətinin səviyyəsinin yüksək  göstəricisidir. Dərsin əyani şəkildə keçirilməsi, elmi məlumatların yeniliyi və zənginliyi, müəllimin pedaqoji ustalığı universitetimizin uğurlarını bir daha təsdiq edir.
Rektor Elxan Hüseynov Məlahət Salmanovanın apardığı açıq dərsin maraqlı, əhatəli, çox yüksək səviyyədə keçdiyini vurğuladı. Tələbələrin dərsə diqqətlə qulaq asmasının yetirmələri müəllimin yüksək peşəkarlığı, peşəsinə məsuliyyətlə yanaşması ilə bağlı olduğunu  bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az