Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və KOICA arasında beynəlmilləşməyə dair əməkdaşlığın istiqamətləri müzakirə olundu
SDU və KOICA arasında beynəlmilləşməyə dair əməkdaşlığın istiqamətləri müzakirə olundu
Fevralın 8-də Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri Edi Çoy, Brayn Li və Cozef Lini qəbul edərək onları salamlayıb və universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən söz açan Rüfət Əzizov bildirib ki, SDU xarici universitetlərlə yanaşı, beynəlxalq şirkətlərlə də əməkdaşlığa önəm verir. Beynəlmilləşmə istiqamətində islahatların aparılması, xarici əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, müəllim-tələbə mobilliyinin artırılması, sənaye müəssisələri ilə sıx əlaqələrin qurulması hər bir ali təhsil müəssisəsi üçün prioritet məsələlərdəndir.
Rektor həmçinin Azərbaycanla Koreya arasında münasibətlərin inkişaf etdiyini, təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Edi Çoy təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi innovativ layihələr barədə məlumat verdi. Daha sonra Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında baş tutan əməkdaşlıq çərçivəsində “Potensialın gücləndirilməsi” layihəsi barədə təqdimatla çıxış etdi. O, tələbələr üçün Startap akselerasiya proqramı (SAP) və müəllimlər üçün həyata keçirilən Təlimçilərin təlimi proqramı (TTT) barədə ətraflı çıxış etdi,həmçinin SDU ilə gələcək əməkdaşlıq perspektivləri, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd etdi. Professor Cozef Li Joongbu Universitetinin Mühəndislik fakültəsinin dekanı olaraq universitetimizlə görülə biləcək işlər barədə məlumat verdi.
Görüşün sonunda SDU ilə KOICA arasında qurulacaq əməkdaşlıq məsələləri müzakirə edildi, təkliflər dinlənildi.
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az