Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbəsi II Çoxtərəfli Gənclik Mübadilə Proqramında iştirak edir
SDU tələbəsi II Çoxtərəfli Gənclik Mübadilə Proqramında iştirak edir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 11-17 fevral 2024-cü il tarixlərində Quba Olimpiya İdman Kompleksində birgə həyata keçiriləcək “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramına start verilib.
Mübadilə Proqramı türkdilli ölkələrin həmfikir gəncləri arasında təhsil, idman, mədəniyyət sahələrində əlaqələr yaratmaq, iştirakçı gənclərə idmanın fiziki, psixoloji, iqtisadi və siyasi aspektləri haqqında geniş bilik qazandırmaq, qədim türk xalqlarında mövcud olmuş idman oyunları ilə tanış etmək məqsədilə təşkil edilib.
Qeyd edək ki, “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi  ölkələrdən idmana və onun geniş təsirinə həvəsli gənclər və Azərbaycan universitetlərinin  tələbələri üçün təşkil olunub və Sumqayıt Dövlət Universitetindən proqramda Filologiya fakültəsinin II kurs tələbəsi Türkiyə vətəndaşı Dilşah Can iştirak edir.
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az