Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Elm və Mühəndislik” düşərgəsinə start verildi
SDU-da “Elm və Mühəndislik” düşərgəsinə start verildi
Fevralın 13-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş mərkəzinin təşkilatçılığı ilə ali təhsil ocağının fəaliyyəti müddətində ilk dəfə “Elm və Mühəndislik” düşərgəsinin açılışı oldu.
Qeyd edək ki, düşərgənin təşkilində əsas məqsəd tələbələr ilə müxtəlif şirkətlərdə çalışan mütəxəssislər arasında əlaqənin yaradılması, praktik biliklərin mənimsənilməsi, real əmək bazarında mühəndislik səriştələrinin tələbatının öyrənilməsindən ibarətdir.
Düşərgənin ilk günü universitetin rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq, mühəndislik yönümlü düşərgənin məqsədi barədə məlumat verdi. Daha sonra rektor “Əzmkarlıq strategiyası” mövzusunda təqdimatla çıxış etdi.  Bu cür düşərgələrin universitet-sənaye əlaqələrinin gücləndirilməsi, sənayenin tələblərinə uyğun kadr hazırlığı və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsində əhəmiyyətindən bəhs etdi. Burada tələbələr sənaye prosesləri ilə tanışlıqla yanaşı, mütəxəssislərin iş təcrübələri ilə də yaxından tanış olacağını vurğuladı.
“Azərtexnolayn” MMC Polad boru zavodunun istehsalat müdiri Əhəd Şəfiyev, Marketinq şöbəsinin mütəxəssisi Zaur Ömərov, İnsan Resurları üzrə mütəxəssis Nuranə Səlimzadə təqdimatla çıxış edərək təmsil etdikləri şirkətin fəaliyyəti və düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat verdilər. Əhəd Şəfiyev qeyd etdi ki, ekskursiya hissəsində şirkətdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək və onlar sənayedə gedən proseslərlə tanış olmaq imkanı qazanacaqlar.
“GİLTEX” MMC İstehsal fabrikləri üzrə əməliyyat direktoru Turgay Mazman, Keyfiyyətə nəzarət üzrə direktor Ömer Karataş və İnsan resursları departamentinin rəhbəri Allahverdi Bağırov çıxış edərək tekstil şirkətin keçdiyi yol barədə iştirakçılara məlumat verdi. Turgay Mazman şirkətin fəaliyyət istiqamətləri haqqında danışaraq istehsal prosesindən detallı müzakirələr apardı. Ömer Karataş isə şirkətin keyfiyyət meyarları barədə danışdı. Daha sonra Allahverdi Bağırov SDU-GİLTEX MMC əməkdaşlığının mahiyyətini izah edərək iştirakçılara istehsal sahələrinə vaxtaşırı ekskursiyaların təşkil olunmasını təklif etdi. Çıxışlarda yaradılan intellektual mühitin gənclərimizin gələcəkdə elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına layiqli töhfələr verməsinə zəmin yaradacağı vurğulandı.
Təqdimatlardan sonra “Azərtexnolayn” MMC-nin istehsal sahələrinə ekskursiya təşkil olundu. Tələbələr 3 zavodun fəaliyyəti barədə ətraflı məlumatlandırıldılar.
Düşərgənin sonunda iştirakçılar SDU-nun “Tələbə evi”ndə istedadlı tələbələrin musiqili çıxışlarını dinlədilər, müxtəlif intellektual-əyləncəli oyunlar keçirdilər.
Qeyd edək ki, “Elm və Mühəndislik” düşərgəsi üç gün davam edəcək. 
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az