Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri “Əski Azərbaycan əlifbası” kursunda iştirak hüququ qazanıblar
SDU-nun tələbələri “Əski Azərbaycan əlifbası” kursunda iştirak hüququ qazanıblar
Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə yaşadığı ev ailəsi tərəfindən təmir edilərək ədibin anadan olmasının 109-cu ildönümündə “Ədibin evi” Ədəbiyyata Dəstək Fondu və ev muzeyi kimi mədəniyyətsevərlərin istifadəsinə verilmişdir. “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun yaradılmasında məqsəd bu yeri ədəbiyyat, mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal irsini davam etdirməkdir.
Hazırda burada “Əski Azərbaycan əlifbası” kursu təşkil edilmişdir. SDU-nun Filologiya fakültəsinin 6 tələbəsi dərslərdə iştirak etmək üçün müraciət etmişdir. Onlardan birinci kurs tələbələri Alıyev Kənan və Ağazadə Rəqsanə “Ədibin Evi”ndən  təqaüd qazanaraq “Əski Azərbaycan əlifbası” kursunda iştirak hüququ qazanmışlar.
Sevindirici haldır ki, fəlsəfə elmləri doktoru Şəhla Abdullayevanın maraqlı və asan anlaşılan tədris proqramı ilə tələbələrimiz qısa bir zamanda əski əlifbada yazılan arxiv materialları ilə işləməyi bacaran bir tədqiqatçı kimi yetişəcəklər.
“Ədibin Evi” muzeyinin digər bir təqdirəlayiq təşəbbüsü SDU-nun Filologiya fakültəsinin tələbələri arasında da böyük maraqla qarşılanıb. Belə ki, muzey ümumi mükafat məbləği 6 min manat olan növbəti hekayə müsabiqəsinə start vermişdir. 
Qeyd edək ki, SDU-dan hekayə müsabiqəsi ilə əlaqədar 30-a yaxın tələbə müraciət edib. 
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az