Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Orta Doğu Texniki Universitetinin müəllimlərinin dərslərinə start verildi
SDU-da Orta Doğu Texniki Universitetinin müəllimlərinin dərslərinə start verildi
Martın 1-i Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqrama start verilib. İlk dərs günü Orta Doğu Texniki Universitetinin (OTDÜ) müəllimi və Viveka şirkətinin həm-təsisçi və təlim koordinatoru Emin Okutan "Sahibkarlığa Giriş və İdeyaların Yaradılması" mövzusunda tələbələrlə müzakirələr aparıb.   
Qeyd edək ki, “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı Sumqayıt Dövlət Universitetinin II və III kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Proqramın əsas məqsədi tələbələrdə sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Proqram çərçivəsində hər həftə Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin, innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən dərslər keçiriləcəkdir.

Mətbuat xidməti

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az