Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb
SDU-da Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb
Dövlət İmtahan Mərkəzində (DİM) imtahan iştirakçılarının hazırlıq səviyyəsinin yüksəldilməsi üçün yaradılan növbəti Mərkəz Sumqayıt Dövlət Universitetində (SDU) işə başlayır.
Xatırladaq ki, indiyə kimi Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Azərbaycan Dövlət Aqrar Universitetlərində, həmçinin DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərir.
Qurumun növbəti məsləhət mərkəzi Sumqayıt Dövlət Universitetində (Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küç.,1ünvanında) təşkil olunub.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma-təsdiqedilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli ilə bağlı yardımçı olacaqlar. Bunlardan əlavə, müraciətçilərə müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan başqa məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcək.
Abituriyentlər həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.
 
 
 Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az