Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin nümayəndələri Xəzər Universitetində ERASMUS +Proqramı ilə əlaqədar görüşdə
Universitetimizin nümayəndələri Xəzər Universitetində ERASMUS +Proqramı ilə əlaqədar görüşdə

Dekabrın 17-də Xəzər Universitetində Erasmus+Proqramı ilə əlaqədar görüş keçirildi. Öncə Xəzər Universtetinin rektoru Dr. Hassan Niknafs bütün iştirakçıları salamladı və Xəzər Universitetinin müxtəlif beynəlxalq layihələrdə iştirak etdiyini vurğuladı.
Görüşdə Azərbaycanda Milli Erasmus+Ofisinin rəhbəri Pərviz Bağırov və Avropa Komissiyasının Təhsil, Audio vizual və  Mədəniyyət üzrə İcraçı Agentliyinin(EACEA) nümayəndəsi  Karolina Garbaliauskaite, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Universiteti, Qafqaz Universiteti və digər Azərbaycan universitetlərinin nümayəndələri də iştirak edirdilər.
Daha sonra  Azərbaycanda Milli Erasmus+Ofisinin rəhbəri Pərviz Bağırov və Avropa Komissiyasının Təhsil, Audio vizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite çıxış edərək Erasmus+proqramının idarə olunması haqqında geniş təqdimat etdi, yerli partnyorların suallarına cavab verdi. Sonra yerli universitetlərin layihə çərçivəsində qarşılaşdıqları çətinliklər haqqında da müzakirə apardılar.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetindən Qiyabi, əlavə və distant  təhsil üzrə prorektor dosent  Qafar  Atayev və  Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak edirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az