Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU TEC-in təşkilatçılığı ilə “Eco talk” adlı tədbir keçirildi
SDU TEC-in təşkilatçılığı ilə “Eco talk” adlı tədbir keçirildi
Martın 14-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ingilis dilində “Eco talk” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq tədbirin mövzusunun aktuallığından danışdı. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb, dünyanı və respublikamızı narahat edən ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışdı. Bildirdi ki, XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olurlar. Azərbaycan hökuməti də ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycanın COP 29-a 2024-cü ildə ev sahibliyi etməsi qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə olacaqdır.
SDU TEC-in sədri Solmaz Bəhrəmzadə “Ekologiyamızda baş verən problemlər və onların həll yolları”, Təbiət elmləri fakültəsinin 355 saylı qrup tələbəsi Rəsul Bəlirzadə və Filologiya fakültəsinin 944 saylı qrup tələbəsi Xumar Rzayeva “Cop 29 ilə əlaqələndirmə”, Filologiya fakültəsinin 944a saylı qrup tələbəsi Jalə Ağadadaşova və Mühəndislik fakültəsinin 662a saylı qrup tələbəsi Əli Qulamov “İqlim dəyişikliyi” mövzularında çıxış etdilər. Çıxışçılar müasir ekologiyanın strukturu, qlobal iqlim dəyişikliyinə antropogen amillərin təsiri, torpağın deqradasiyası və çirklənməsi, səhralaşma və onun səbəbləri, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yollarına dair konseptual təkliflər, ərzaq təhlükəsizliyi, atmosfer, hidrosfer və litosferə antropogen təsirlər, ətraf mühitin bioloji çirklənməsi, elektromaqnit sahəsinin və şüalanmanın canlı orqanizmlərə təsiri, neftlə çirklənmə, ekoloji təhlükəsizlik və idarəetmə, ölkənin əsas ekoloji problemləri və s. məsələlər barədə geniş məlumat verdilər.
Sonra təbiət və iqlim dəyişikliyi ilə bağlı videoçarx nümayiş olundu.
Tədbirin sonunda sual-cavabda fəal iştirak edən tələbələr qiymətləndirildi.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az