Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir
SDU-da “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir
Martın 14-ü Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı Proqramı çərçivəsində "Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin İnnovasiya və Xidmət Dizayneri Halime Dilan "Sahibkarlıqda Müştərilərin aşkarlanması və doğrulanması" mövzusunda SDU tələbələri ilə görüşüb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı Sumqayıt Dövlət Universitetinin II və III kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Proqramın əsas məqsədi tələbələrdə sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Proqram çərçivəsində hər həftə Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin, innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən dərslər keçiriləcəkdir.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az