Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində növbəti modul
“Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində növbəti modul

Martın 15-də Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə növbəti modul keçirildi. Bu dəfə “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçisi Barış Necati “Biznes modelinin yaradılması” mövzusunda çıxış etdi. Dərs müddətində sahibkarlıqda problemin müəyyən olunması və biznes ideyasının yaradılması ilə bağlı müzakirələr aparıldı. Debat formasında keçirilən dərsdə, həmçinin tələbələrə iş situasiyaları ilə bağlı “problem-həll” tapşırıqları verildi, ən yaxşı həllər müəyyən olundu.

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az