Əsas səhifə | Xəbərlər | Tələbələr üçün seminar
Tələbələr üçün seminar

Dekabrın 18-də "Universitetdən zənginliyə gedən yol xəritəsi " adlı seminar keçirildi.
Seminarı Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq  bildirdi ki, universitetimizdə təhsil alan tələbələrin vaxtlarının səmərəli təşlili üçün hər cür şərait yaradılmışdır. Bizim qarşıya qoyduğumuz hədəflər müxtəlif profilli təlimlər keçirmək, istehsalat təcrübələrində tələbələrimizin iştirakını təmin etməkdir. Bu məqsədlə də Karyera Mərkəzi tələbələrlə silsilə görüşlər keçirir, qeyd edim ki, bu seminarı Neyro Linqivistik Proqramlaşdırma (NLP) Center MMC –nin təsisçisi və direktoru Babək Bayramov aparacaq, və  əminəm ki, bu görüş sizdə maraq doğuracaq. 
Tanınmış və beynəlxalq dərəcəli NLP Master təlimçi Babək Bayramov seminarda tələbələrə şirkətlə görüşmə qaydaları, bədən dili, geyim formaları, NLP qaydalarından və bu proqramın özəlliklərindən, insanlara verdiyi motivasiyadan danışaraq qeyd etdi ki, NLP-nin məqsədi insanlara düzgün çıxış yollarını göstərməkdir. Proqramın insanın məhdudlaşdırıcı inanclarından və istəmədiyi vərdişlərdən azad olmasında çox böyük rolu var. Qarşıya qoyulan hədəflərə çatmaq üçün dil - duyğu və düşüncə əsas şərtdir. Bu mənada hədəfə çatmaq üçün xüsusi bir şəkildə düşünmək, danışmaq və davranmaq lazımdır. Hər bir fərddə öz həyatını uğurlu, xoşbəxt, zəngin edəcək resurslar var. Önəmli olan bu resursların fərqində olmaq və bunları bilərək, istəyərək, məqsədli şəkildə istifadə edə bilmək bacarığına yiyələnməkdir. NLP isə insanlara öz resurslarını istifadə etdirən vacib bir ünsiyyət, düşüncə və davranış formasıdır.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov seminarın əhəmiyyətindən bəhs etdi və yüksək motivasiya ilə müşayiət olunduğunu qeyd etdi. Bildirdi ki, belə görüşlərin sistemli şəkildə təşkil olunması tələbələrdə ruh yüksəkliyi və özünəinam hissini aşılayır. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az