Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Peşəkar Spikerlər Seriyasına start verilib
Sumqayıt Dövlət Universitetində Peşəkar Spikerlər Seriyasına start verilib
Martın 18-də Sumqayıt Dövlət Universitetində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Peşəkar Spikerlər Seriyası layihəsi çərçivəsində GLENSOL (Nobel Energy) şirkətinin Əməliyyatlar və texniki xidmət meneceri  Rza Ağaverdiyevin  tələbələrlə görüşü təşkil edilib. 
Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək tələbələrin sənaye təcrübəsi ilə bağlı anlayışlarının təkmilləşdirilməsi məqsədilə keçirilən seminarın əhəmiyyətindən bəhs etdi. Sənaye-universitet əməkdaşlığı, o cümlədən mütəxəssislər ilə tələbələr arasında keçirilən bu tip tədbirlərin təşkilinin tələbələrin mühəndislik istiqamətində inkişafı üçün xüsusilə, neft-qaz ixtisasları üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi baxımından faydalı olduğunu bildirdi. Görüşdə təhsil və sənaye sahələri üzrə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkişafına nail olmaq barədə müzakirələr aparıldı. 
Qonaq spiker Rza Ağaverdiyev təmsil etdiyi şirkətin fəaliyyəti, strategiyası və iş prinsipi haqqında məlumat verdi. “Neft və qaz sənayəsində istismar olunan avadanlıqların və müasir texnologiyaların istehsalatda rolu”, eləcə də “Neft və qaz sənayəsində ixtisaslaşmış kadrlara qoyulan müasir tələblər” mövzusunda geniş təqdimatla çıxış etdi və sonda tələbələrin sualları ətraflı cavablandırıldı. 
 
Mətbuat xidməti
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az